"Core Construction" MMC yarandığı gündən etibarən müştərilərə yüksək səviyyədə xidmət göstərməklə tikinti sənayesində özünü təsdiq etmişdir. Daim inkişafda olan șirkətimiz ölkəmizin müxtəlif regionlarında fəaliyyətini həyata keçirməklə müștərilərini məmnun edir.
Şirkətimiz peşəkar komandaya sahibdir və bu komanda müştərilərə layihələri vaxtında, gözləntilərinə uyğun şəkildə, büdcə daxilində və ən yüksək keyfiyyət standartlarına uyğun başa çatdırmağa kömək edir. Komandamızın təcrübəsi və uğurlu fəaliyyəti müştərilər üçün bizimlə işləmək arzusunu daha da artırır.
Tikinti meydançalarında çalışan işçilərin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün bütün fəaliyyətlərdə Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq standartlara ciddi şəkildə riayət olunmasını təmin edirik.
Bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər sistemli və ardıcıl şəkildə həyata keçirilir və biz bu sahədə üzərimizə düşən bütün vəzifə öhdəliklərini yüksək məsuliyyətlə yerinə yetiririk. Şirkətimizin hər bir üzvünün evinə sağlam və təhlükəsiz şəkildə dönməsi bizim üçün önəmlidir.
Xidmətlər haqda xüsusi qiymət təklifi almaq üçün formu doldurun