Xəbərlər

8 saylı Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Memorandum imzalandı.




8 nömrəli Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbəri və müəllim heyəti "Core Construction" MMC-nin qonağı olmuşdur. “Core Construction” MMC-nin direktoru Elvin İsmayılov və mütəxəssisləri qonaqları qəbul etmiş, tikintidə olan yeniliklər, təhlükəsizlik qaydaları haqda təlimatlar və tikinti üzrə  peşə bacarıqlarının inkişaf etdirilməsi mövzularında müzakirələr aparılmışdır. Keçirilən görüşün nəticəsi olaraq 08 fevral 2022-ci il tarixdə "Core Construction" MMC və 8 nömrəli Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında memorandum imzalanmışdır. Bundan sonra 8 nömrəli Bakı Peşə Liseyində təhsil alan şagirdlərin praktiki biliklərinin artırılmasına və ixtisaslarına uyğun olaraq təcrübə müddətindən sonra işlə təmin olunmalarına "Core Construction" MMC tərəfindən köməklik göstəriləcəkdir.

Sürətli qiymət sorğusu

Xidmətlər haqda xüsusi qiymət təklifi almaq üçün formu doldurun

Whatsappa yazın