"Kəndsayağı" istirahət kompleksi
“Core Construction” MMC-nin hal-hazırda icra etdiyi layihələrindən biri isə “Kəndsayağı”adlanır. İsmayıllı rayonunun Qurbanəfəndi kəndində 3,73 hektarlıq ərazini əhatə edən bu layihə çərçivəsində turizm obyektləri, restoran, şah hamamı, kinoteatr, betondan modul tipli evlər, yurd tipli çadırlar, müxtəlif əyləncəli məşğuliyyətlər və digər iaşə obyektlərinin inşası nəzərdə tutulmuşdur. Bundan əlavə, şənbə və bazar günləri yerli əhalinin istehsal etdiyi kənd məhsularının təqdimatının və satışının həyata keçirilməsi üçün yarmarkalar təşkil ediləcəkdir
